Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA

Bu gün, 08:44           
Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.

TEREF “Report”a istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.

Yerli polisin müşahidə kameraları vasitəsilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V.Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib ki, hələlik hadisə ilə bağlı yeni təfərrüatlar polis tərəfindən açıqlanmayıb: ”Onun ailəsinə lazimi dəstək göstəririk. Bu istiqamətdə hüquq-mühafizə orqanları iş aparır. Bu barədə ictimaiyyətə məlumat veriləcək. Biz də araşdırmaların nəticələrini gözləyirik”, -deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.