Rusiyada 76 pedofil hökumətə kollektiv müraciət etdi

1-05-2025, 16:38           
Rusiyada 76 pedofil hökumətə kollektiv müraciət etdi
Azyaşlılara qarşı seksual xarakterli hərəkətlərə görə (pedofiliya) məhkum olunmuş 76 rusiyalı məhkum hökumətə kollektiv müraciət göndərərək, onlara iftira atıldığını bildirib və işlərinə yenidən baxılmasını tələb ediblər.

"Mash" teleqram kanalı xəbər verir ki, onlardan biri Nikolay Sısuyevdir. O iddia edir ki, 45 illik yubiley mərasimində qonaqlardan biri ilə şiddətli mübahisə edib. Qonaq üç dəfə üzr istəsə də, barışıq olmayıb. Sonradan qonağın üç yaşlı qızı qəflətən Sısuyevin onu qısnadığını deyib. Nikolay həbs olunub, iki dəfə məhkəmədə bəraət alsa da, nəticədə yenə də həbsxanaya göndərilib.

Digər məhkum 63 yaşlı Aleksandr Bobrovskidir. Övladlığa götürdüyü qızı ciddi tərbiyə rejiminə görə intiqam almaq üçün ona iftira atıb. Nəticədə kişi 14 il azadlıqdan məhrum edilib.

Müraciətdə onlarla oxşar cinayət işi var. Məhkumlar qanunvericiliyi yenidən nəzərdən keçirməyi, ekspert qrupu yaratmağı və bu cür cinayət işlərinə daha diqqətlə yanaşılmasını tələb ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru