Argentinada 5.8 maqnitudalı zəlzələ baş verib Bu gün, 10:24 Argentinanın qərbindəki La Rioxa əyalətində 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təqribən 162 min insanın yaşadığı La Rioxa şəhərindən 104 kilometr şimal-qərbdə yerləşib.Zəlzələnin ocağı 131 kilometr dərinlikdə olub. Facebook-da paylaş