Dubayda Tramp göydələni tikiləcək: Binada dünyanın ən hündür açıq hovuzu olacaq
Bu gün, 09:20
"DarGlobal" inşaat şirkəti və "Trump Organization" Dubayda ABŞ Prezidenti Donald Trampın brendi altında göydələn (Trump Tower) layihəsinin işə salındığını elan ediblər.
Bu barədə məlumat şirkətin press-relizində yer alır.
Bildirilir ki, göydələnn hündürlüyü 350 metr təşkil edəcək. Binada dünyanın ən hündür açıq hovuzu olacaq.
İnşaatın 2031-ci ilin dekabrında başa çatdırılması planlaşdırılır.