Kişi kilsə dükanını qarət etdi – 50 min ziyan vurdu

Bu gün, 15:08           
Kişi kilsə dükanını qarət etdi – 50 min ziyan vurdu
Rusiyada Krasnodar şəhərində bir kişi kilsə ərazisində yerləşən dini suvenir dükanını qarət etdiyi üçün saxlanılıb.

Bu barədə Rusiya DİN-in regional idarəsi məlumat yayıb.

Məlumata görə, 54 yaşlı kişi pəncərəni sındıraraq mağazaya daxil olub və oradan üç ədəd gümüş zəncir ilə pul oğurlayıb. Ümumi ziyan 50 min rubl təşkil edir.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxsə 5 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Qeyd edək ki, bundan əvvəl Moskva vilayətində Podyaçevo kəndindəki Müqəddəs Nikolay kilsəsində baş vermiş oğurluqla bağlı daha bir kişi saxlanılmışdı. O, ikonaya yaxınlaşaraq kiotu açıb, orada qoyulmuş zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb. Ziyanın məbləği 300 min rubl olub. Oğurlanmış əşyaların bir hissəsi polis tərəfindən aşkar edilərək götürülüb. Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanılıb.

Ayxan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.