Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıb

19-05-2025, 11:28           
Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıb
Qazaxıstanın cənubunda Qızılorda vilayətinin çölündə “An-2” təyyarəsi təcili eniş edib.

İndex.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, xilasedicilər onu səkkiz saat sonra aşkar ediblər.

“Qızılorda vilayətində “Tan-Kumkol” istiqamətində hərəkət edən “An-2” təyyarəsi məcburi eniş edib. Təyyarənin göyərtəsində 3 nəfər olub. Ekipajla əlaqə olmayıb, onların olduğu yer məlum deyildi. 8 saatlıq axtarışlardan sonra, gecə yarısı itkin düşənlər çöldə tapılıblar”, – nazirliyin məlumatında bildirilib.

Qeyd edilib ki, onlara tibbi yardım lazım olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru