ABŞ-nin Quam adasının sahillərində zəlzələ baş verib
29-05-2025, 09:44
ABŞ-nin Quam adasının sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələ İnaracan qəsəbəsindən 51 kilometr cənub-cənub-şərq istiqamətində baş verib. Yeraltı təkanların episentri 59 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.