Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Dörd nəfər ÖLDÜ

Dünən, 09:30           
Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Dörd nəfər ÖLDÜ
Qazaxda yol-nəqliyyat hadisəsində ölən 4 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

08:11

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı divara çırpıb.

Nəticədə avtomobildə olan dörd nəfər hadisə yerindəcə həyatını itirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər, Fərəhli kənd sakinləri - avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyevdir.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.