Sabah Azərbaycanda dolların rəsmi məzənnəsi tarixi rekorda çata bilər

1-11-2016, 13:13           
Sabah Azərbaycanda dolların rəsmi məzənnəsi tarixi rekorda çata bilər
Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 2-nə rəsmi məzənnəsini 1,6471 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6471 AZN/USD olub.

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-sü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axsama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,55% artması deməkdir.

Xatırladaq ki, sabaha olan məzənnə 1,6471 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların tarixi maksimal rəsmi məzənnəsi olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə 2016-cı il martın 11-də (1,6456 AZN/USD) qeydə alınıb.
Qeyd edək ki, bu gün, noyabrın 1-də rəsmi məzənnə 1,6381 AZN/USD-dir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru