Xarici şirkətlər Azərbaycandan gedir - Daha bir neçə şirkət Azərbaycanda filialını ləğv edib

2-11-2016, 12:13           

"Asia Central Trading Limited" kompaniyasının nümayəndəliyi, "VAMED ENGINEERING GMBH" və "VİPRO UK Limited" şirkətlərinin Azərbaycandakı filialları ləğv olunub.
Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.
"VİPRO UK Limited" şirkətinin fəaliyyətinə xitam verilib ki, bununla əlaqədar şirkət Azərbaycanda dövlət qeydiyyatının təsviyyəsini elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 90A ünvanına bildirə bilərlər.
"Asia Central Trading Limited" kompaniyasının kreditorları isə iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 14, mənzil 3 ünvanına müraciət etməlidirlər.
"VAMED ENGINEERING GMBH" şirkətinin Azərbaycan filialının ləğvi ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 10 mənzil 168 ünvanına bildirə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru