Çingiz Abdullayevə daha bir vəzifə verildi –DAMM-da seçki

2-11-2016, 23:43           

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin yeni tərkibdə İdarə Heyətinin ilk toplantısı keçirilib.

teref.az Trend-ə istinadən xəbər verir ki, iclasda İdarə Heyətinin üzvləri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri iştirak edib.

DAMM İB İH-nin üzvü Rasim Məmmədov bildirib ki, iclası keçirməkdə əsas məqsəd təşkilata yeni prezident və I vitse-prezident seçməkdir.

İH üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezident seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru