Ölən pilotun həyat yoldaşı: Çavuşoğlu ilə görüşəcəm
4-11-2016, 00:21
24 noyabr 2015-ci ildə Türkiyə-Suriya sərhədində Su-24 təyyarəsinin vurulması nəticəsində həlak olan pilot Oleq Peşkovun həyat yoldaşı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşə hazır olduğunu bildirib.
Axar.az xəbər verir ki, Yelena Peşkova rəsmi üzrü qəbul etmək istədiyini deyib.
“Ailəmizin keçirdiyi acı dönəmə baxmayaraq Çavuşoğlu ilə görüşmək üçün Moskvaya gedəcəyik”, – Peşkova bildirib.
Bir neçə gün öncə Türkiyə XİN rəhbəri “Rossiya-24”-ə açıqlamasında Oleq Peşkovun həyat yoldaşından üzr istəməyə hazır olduğunu vurğulamışdı.
Qeyd edək ki, 2015-ci ilin payızında Türkiyə F-16-ları sərhədi keçən Rusiya hərbi təyyarəsinə raket zərbəsi endirib. Nəticədə “Su-24” tipli hərbi təyyarənin pilotu Oleq Peşkov və Konstantin Muraxtin katapult edib. K. Muraxtin xilas olsa da, O. Peşkov suriyalı müxaliflər tərəfindən güllələnib. Sonra rus pilotun cəsədi müxaliflərdən alınaraq təyyarə ilə Rusiyaya göndərilib. O. Peşkov Rusiya Qəhrəmanı adına layiq görülüb. Bu il iyunun 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubda baş vermiş hadisə ilə əlaqədar üzrhaqlıq edib.