Professor Rauf Maqsudoğlu Cərrahiyyə Klinikasına baş həkim təyin olundu

4-11-2016, 12:22           
Professor Rauf Maqsudoğlu Cərrahiyyə Klinikasına baş həkim təyin olundu
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kadr dəyişikliyi baş verib. Klinikanın baş həkimi Asiman Həsənov öz ərizəsilə tutduğu vəzifədən azad olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, artıq Tədris Cərrahiyyə Klinikasına yeni baş həkim təyin olunub.

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev yeni baş həkimi kollektivə təqdim edib. Yeni baş həkim Tibb Universitetinin II xəstəliklər kafedrasının professoru Rauf Maqsudoğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru