Deputat bizneslə VİDALAŞDI

4-11-2016, 13:10           
Deputat bizneslə VİDALAŞDI
Milli Məclisin deputatı, tanınmış iş adamı Cavanşir Feyziyev əsas gəlir mənbəyini itirib.
teref.az BakiPost.az-a istinadən xəbər verir ki, deputat rəhbərlik etdiyi "Avromed Company QSC”dəki səhmlərini satışa çıxarıb.
Güman edilir ki, dərman bazarındakı son dəyişikliklər onun bu sahədəki biznesinə çox ağır zərbə vurduğundan fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Deputat məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, "Avromed” 2002-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir.

Öz fəaliyyəti dövründə "Avromed” şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru