Mübahisə qətllə nəticələndi

16-06-2015, 12:40           
Mübahisə qətllə nəticələndi
Bakının Xətai rayonunda iki tanışın mübahisəsi qətllə nəticələnib.

Xətai rayon Prokurorluğunun müstəntiqi Teymur Qarayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə iyulun 13-də axşam saatlarında Neapol dairəsində qeydə alınıb.

Həmin ərazidə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan Ağdam rayonundan məcburi köçkün olan, 1960-cı il təvəllüdlü Malik Abdulla oğlu Xoştərov aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1958-ci il təvəllüdlü Zahid Əşrəf oğlu Abbasovu bıçaqlayıb.

Ağır bıçaq xəsarəti alan Zahid Abbasov yerindəcə keçinib.

Hadisəni törədən M. Xoştərov tutulub. O, ilkin dindirmədə tanışını mübahisə edərkən söyüş söydüyü üçün qətlə yetirdiyini bildirib

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru