Bu əşya təyyarənin baqajına daha verilməyəcək

17-06-2015, 12:30           

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) yanğın təhlükəsinə görə mülki təyyarələrin sərnişinlərinə və ekipaj üzvlərinə elektron siqaretləri və onların yükləyici qurğularını baqaja verməyi qadağan edib. “AzərTAc”-ın yaydığı məlumata görə, həmçinin ekipaj üzvlərinə elektron siqaretləri təyyarənin kabinəsində yandırmaq qadağan edilib. Müvafiq dəyişiklik 2015-2016-cı illərdə təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınması üzrə texniki Təlimatına daxil edilib və artıq qüvvəyə minib.
Bu qərar təyyarənin baqajında elektron siqaretlərin qızdırıcı elementlərinin təsadüfən aktivləşməsi nəticəsində bir neçə dəfə yanğın hadisəsinin baş verməsi ilə əlaqədar qəbul edilib. Bundan sonra sərnişinlər elektron siqaretləri və yükləyici qurğuları təyyarənin salonunda, yəni əl yükündə aparmalı olacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru