Jurnalist Rövşən Məmmədli həbs olunub

25-01-2017, 09:10           
Jurnalist Rövşən Məmmədli həbs olunub
Jurnalist Rövşən Məmmədli dünən axşam saatlarında saxlanılıb.

Yaxınlarının verdiyi məlumata görə, pasport qeydiyyatından zəng edib Rövşən Mammadlini çağırıblar ki, hansısa sənədə imza çəkməlisən. Ora gedib, qapıda da polis saxlayıb. O, polisə tabesizlikdə ittiham olunub.

Məhkəmə jurnalistin barəsində 30 sutka inzibati həbs cəzası verib.


Rövşən Məmmədli hazırda Binəqədi Müvəqqəti Saxlama Təcridxanasındadır.

Xatırladaq ki, Rövşən Məmmədli Hacı Tale Bağırzadənin tərəfdarı kimi tanınır.azadliq.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru