Bakıda Ruhi-Əsəb Dispanserində müalicə olunan qadın müəmmalı şəkildə ölüb.
Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində baş verib. Belə ki, dispanserdə müalicə olunan 52 yaşlı Tatyana Dmitri yatağında ölü aşkarlanıb. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. (report)