BŞBPİ-dən general Həsən Şirinovla bağlı açıqlama

25-01-2017, 14:13           
BŞBPİ-dən general Həsən Şirinovla bağlı açıqlama
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ), qurumun rəis müavini, general Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

BŞBPİ-nin mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, H. Şirinov hazırda məzuniyyətdədir və təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

Qeyd edək ki, dünən mətbuatda Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki generalın və bir polkovnikin polis orqanlarından təqaüdə göndərilməsinə dair əmr imzalaması ilə bağlı məlumatlar gedib.

Məlumatda nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif ƏsədullayevləBakı şəhər Baş Polis İdarəsinin rəis müavini Həsən Şirinovun da xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyi bildirilir.

Sadiq Gözəlov və Şərif Əsədullayevlə bağlı xəbər rəsmi təsdiqini tapıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru