46 yaşlı kişi küçədə bıçaqlandı - Bakıda

26-01-2017, 09:58           

Səbaildə 46 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Səbail rayonu Murtuza Muxtarov küçəsində 46 yaşlı Ruslan Əli oğlu Allahverdiyevin naməlum şəxslə mübahisəsi düşüb. Mübahisə zamanıda həmin şəxs bıçaqla Ruslan Allahverdiyevin sinə nahiyyəsinə bıçaqla bir zərbə endirib. Naməlum şəxs daha sonra hadisə yerində uzaqlaşıb. Faktla əlaqədar Səbail rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru