Bordo Berelilərin əməliyyatı davam edir — İkinci İŞİD əmiri də həbs edildi

26-01-2017, 10:52           

Xüsusi təyinatlılar İŞİD terror qruplaşmasının ikinci əmirini də həbs ediblər. Həbs edilən terrorçu Türkiyəyə aparılıb.

Türkiyənin təhlükəsizlik mənbələri İŞİD terrorçuları tərəfindən Rakka və digər ərazidən Əl-Baba müxtəlif statuslarda olan 300 əmir yönləndirib. Türk hərbi təyyarələrinin bombaladığı binada əmirlərin bir hissəsi qalırmış. İlkin hesablamalara görə, 17 əmir öldürülüb, 180 hədəf məhv edilib.

Bordo Berelilər isə əmirləri həbs etmək üçün hərəkətə keçmişdilər. 22 yanvar tarixində İŞİD-in bir əmiri, dünən isə ikinci əmiri həbs edilərək Türkiyəyə göndərilib.
Ölkə.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.