33 yaşlı qadın döyülərək ağır xəsarət aldı - Bakıdakı oteldə

26-01-2017, 12:33           
33 yaşlı qadın döyülərək ağır xəsarət aldı - Bakıdakı oteldə
Bakıda oteldə 33 yaşlı qadın döyülərək ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonu, NZS kimi tanınan ərazidə yerləşən "Kəpəz" oteldə qeydə alınıb.

Belə ki, 33 yaşlı İsmayılova Könül Fikrət qızı naməlum şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan qadın xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə ilə bağlı otelə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. İlkin məlumata görə, K.İsmayılova otelin işçilərindən ona olan 8 000 manat borcunu tələb edib. Nəticədə qadın döyülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru