Tanınmış psixoloqun intihar səbəbi bilindi

26-01-2017, 17:26           
Tanınmış psixoloqun intihar səbəbi bilindi
Psixoloqun intiharı ilə bağlı yeni məlumatlar əldə olunub.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, D.Rzayev yataq otağından eyvana çıxan qapının tinində kəmərlə özünü asıb. Hadisə baş verən mənzildə onun intihardan öncə yazdığı məktub tapılıb.
O, məktubda intiharının səbəbini göstərib.
D.Rzayev yazıb ki, onurğa yırtığının ağrılarına daha dözə bilmir. "Hamınız məni bağışlayın" yazaraq məktubu yekunlaşdırıb.
Verilən məlumata görə, psixoloq ailəsindən ayrıldığı üçün son günlər tək yaşayıb. Belə ehtimal olunur ki, o, dərin depressiyada olub və məhz bu vəziyyət onu intihara məcbur edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru