Şəmkirdə kütləvi dava: iki əmi oğlu xəsarət aldı

29-01-2017, 11:46           
Şəmkirdə kütləvi dava: iki əmi oğlu xəsarət aldı
Şəmkirdə kütləvi dava olub.

APA-nın verdiyi məlumata görə, dava rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Bir neçə nəfərin dalaşdığı hadisə zamanı kənd sakini, 1971-ci il təvəllüdlü İsmayıl Hüseynov və onun əmisi oğlu, 1963-cü il təvəllüdlü Ələmdar Hüseynov müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru