İŞİD-in qadın “naziri” fərarilik edib– Üstəlik xəzinəni qarət etməklə

29-01-2017, 21:40           
İŞİD-in qadın “naziri” fərarilik edib– Üstəlik xəzinəni qarət etməklə
İraqın hazırda hərbi əməliyyatlar gedən Ninəva əyalətindəki mənbənin iddiasına görə, "İslam Dövləti"nin "qadın məsələləri üzrə naziri" hesab edilən "əl-Xonsa" batalyonunun rəhbəri fərarilik edib.

Strateq.az xəbər verir ki, bu barədə "Al-Sumariyah News" məlumat yayıb.

"Nazir" qadının 4 əlaltısı ilə birgə İraq-Suriya sərhədindəki əl-Baac qəsəbəsinə qaçdığı iddia edilir. Fərarilik edərkən o, "xilafət" xəzinəsini də qarət edib. Buna görə də intiharçı qadınlara rəhbərlik etmiş batalyon komandirinin təqibi üçün İŞİD-çilərin xüsusi dəstəsi yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru