"JPMorgan": Neft 65 dollara qədər bahalaşacaq

31-01-2017, 09:42           

Bu il dünya bazarında neftin qiyməti 65 dollar/barelə qədər artacaq, azalma isə 2018-ci ildə baş verəcək. Bu proqnozla ABŞ-ın məşhur "JPMorgan" bankı çıxış edib.
Bankın proqnozunda həmçinin bildirilib ki, neft qiymətləri OPEC-in təklifi artırması və karteldən kənar neft hasilatçısı ölkələrin hasilatı artırması nəticəsində 2018-ci ildə düşməyə başlayacaq. Bunun qarşısının alınması üçün isə OPEC bu ilin III rübündən etibarən hasilatı azaltmaqla bağlı qərarını davam etdirməlidir: "Amma, bu ssenarinin baş tutması ehtimalı azdır".
"Report"un analitik qrupu da 2017-ci ildə neft qiymətlərinin 45-65 dollar/barel diapazonunda hərəkət edəcəyini proqnozlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru