Bakıda 21 yaşlı qızı maşın belə vurdu - Dəhşətli qəza - Video

31-01-2017, 10:47           
Bakıda 21 yaşlı qızı maşın belə vurdu - Dəhşətli qəza - Video
Nizami rayon ərazisində naməlum avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Yenicag.az xəbər verir ki, piyada 21 yaşlı Sürəyyə Nəsib qızı Vəliyeva hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Ona tibbi yardım göstərilib. Həkimlər piyadanın həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə barədə Nizami rayon polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisəni törədən sürücünü müəyyən etmək üçün əməliyyat axtarış tədbirləri həyata keçirirlər.

Abşeron rayonunda da piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Digah qəsəbəsində qeydə alınıb. 70 yaşlı Rüstəm İsgəndərov çox saylı xəsarətlərlə xəstəxanaya gətirlib. Yaralıya tibbi yardım göstərilib və palataya yerləşdirilib. Rüstəm İsgəndərov ifadəsində bildirib ki, yolu keçən zaman onu avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb. Zərərçəkənin ifadəsi əsasında Abşeron Rayon Polis İdarəsində araşdırmlara başlanılıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.