Yağıntılar barədə məlumat-Nazirlik AÇIQLADI

31-01-2017, 12:41           
Yağıntılar barədə məlumat-Nazirlik AÇIQLADI
“Azərbaycanda fevral ayının 2-dən etibarən yağıntıların kəsiləcəyi gözlənilir”.
Bizimxeber.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O bildirib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti bu gün və sabah da davam edəcək: “Fevral ayının 2-si gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Paytaxtda və Abşeron yarımadasında da bu gün və sabah yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi yerlərdə intensivləşəcək. Fevral ayının 2-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq”.
Direktor müavininin sözlərinə görə, bu gün müşahidə ediləcək havanın minimal temperaturu 0-4 dərəcə şaxta, günorta saatlarında isə arabir 0-2 dərəcə isti olacaq: “Bu gün səhər saatlarından etibarən ölkə ərazisində qar yağmağa başlayıb. Qarın gün ərzində yağacağı gözlənilir, bəzən intensivləşəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru