Gözdən Əlillər Cəmiyyətinin “mənzil siyasəti”ndən narazı qalan əlil gənc mətbuat konfransı keçirəcək

31-01-2017, 18:08           
Gözdən Əlillər Cəmiyyətinin “mənzil siyasəti”ndən narazı qalan əlil gənc mətbuat konfransı keçirəcək
Rəşad Səlilmi II qrup əlil, bacısı Aysel Səlimli isə I qrup əlil olduqları halda, illərdir kirayədə qalırlar…

Nərimanov rayonu, Faiq Yusifov 40 ünvanında gözdən əlillər üçün inşa olunmuş bina ətrafındakı maxinasiyalardan narahat olan II qrup əlil Rəşad Səlilmi və onun anası Yeganə Səlimova fevralın 2-də Qafqaz Xəbər Media Mərkəzində mətbuat konfransı keçirəcəklər.

Rəşad Səlilmi II qrup əlil, bacısı Aysel Səlimli isə I qrup əlil olduqları halda, illərdir kirayədə qalırlar, onların anası Yeganə Səlimovanın dövlət qurumlarına müraciətləri nəticə vermir.

Tədbir zamanı Nərimanov RİH və Gözdən Əlillər Cəmiyyəti tərəfindən mənzil növbələrində aparılan “oyunlar”, eləcə də AzGəc sədri Səmyar Abdullayevin əlil anasına göstərdiyi kobudluq və təhdidlərlə bağlı mətbuata açıqlama veriləcək.

Hüquq müdafiəçiləri, KİV nümayəndələri və aidiyyatı olan qurumun nümayəndələri bu mətbuat konfransına dəvətlidirlər.

Tədbir fevralın 2-də, saat 14:00-dan 15:00-a qədər Xətai r-nu, S.Vəzirov küçəsi ,ev 11D-də baş tutacaq.:qafqaznews.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.