Xaçmaz rayon polis şöbəsində işgəncələrə məruz qaldığını bildirən Zaman Orucov dindirildi

31-01-2017, 21:34           
Xaçmaz rayon polis şöbəsində işgəncələrə məruz qaldığını bildirən Zaman Orucov dindirildi
Xaçmaz rayon polis şöbəsində işgəncələrə məruz qaldığını bildirən Zaman Orucov dindirildi

Yanvarın 22-dən 23-nə keçən gecə Xaçmaz rayon polis şöbəsində vəhşicəsinə döyüldüyünü və işgəncələrə məruz qaldığını söyləyən Xaçmaz rayonunun Qusarçay kənd sakini Zaman Orucov bu gün evində dindirilib. Onun qardaşı Şaiq Orucovun “Şimal xəbərləri”nə verdiyi məlumata görə, Zamanı DİN Daxili Təhqiqatlar İdarəsinin əməkdaşı Natiq Abdullayev sorğu-sual edib. Zamandan izahat da alınıb. İddiaçı Xaçmaz RPŞ-də başına başına gətirilənləri olduğu kimi yazıb.

DİN rəsmini yalnız sahə müvəkkili müşayiət edib. Dindirilmə prosesində ancaq Zaman Orucovun yaxınları iştirak ediblər. Ş. Orucovun məlumatına əsasən, onlar Xaçmaz RPŞ-nin rəis müavini Amil Tahirlinin tutduğu vəzifədən azad edilməsi məsələsini qaldırıblar.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.