Goranboyda qəbirlər canlıların qida mənbəyinə çevrilib – FOTO

1-02-2017, 09:59           
Goranboyda qəbirlər canlıların qida mənbəyinə çevrilib – FOTO
Bunun nəticəsi olaraq baş daşları yararsız vəziyyətə düşüb

Goranboy rayonunun Boluslu kəndində qəbirlər quşlar və digər heyvanların hücumuna məruz qalıb.

Bu barədə “Report”a yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, üzəri mamır salan qədim qəbir daşları canlılar üçün qida mənbəyinə çevrilib. Bunun nəticəsi olaraq baş daşları yararsız vəziyyətə düşüb, onların üzərindəki yazılar və işarələr tədricən silinib.

Tarixçilər XVIII əsrə aid edilən ərazidə bir vaxtlar cinni tayfalarının məskən saldığını və sözügedən məzarlığın da məhz onlara məxsus olduğunu deyirlər.

Qəbiristanlıqda, əsasən Boluslu, Məşədiqaralar, Goran və Eyvazlılar kəndlərindən olan şəxslər dəfn olunub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru