Ramil Usubovun yeni rəis təyin etdiyi şəxs kimdir?

1-02-2017, 12:17           

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydərov Heydər Teyyub oğlu.

1959-cu ildə anadan olub. 1983-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1986-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisinin müavini və idarə rəisi vəzifələrində çalışıb.

2017-ci il yanvar ayının 27-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb.

Ailəlidir. iki övladı var.

Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru