Bakıda qaçqınlarla "Azərişıq" əməkdaşları arasında dava düşdü - FOTOLAR

1-02-2017, 19:19           
Bakıda qaçqınlarla "Azərişıq" əməkdaşları arasında dava düşdü - FOTOLAR
Pirşağının Qızılqum qəsəbəsində məcburi kökünlərlə Azərişıq Səhmdar Cəmiyyətinin əməkdaşları arasında dava düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə psixoloq Ramil Nəcəfli rəsmi Facebook səhifəsində bildirib. Belə ki, 100-ə yaxın Azərişıq əməkdaşı ilə Qızılqum və Gilavar sanatoriyalarında məskunlaşan qaçqınlar arasında dava düşüb.

Davaya səbəb idarə əməkdaşlarının binalara sayğac quraşdırıldığına görə elektrik enerjisinin kəsmək istəməsi olub.

"Burada dəhşət dava qırğındı. Azərişığın 100-ə yaxın əməkdaşı bu qarda, boranda gəlib işığa sayğac qoymağa. Məntiqlə fikirləşsək əgər sayğac qoyulmağa başlansa işıqlar müvəqqəti olaraq kəsilməlidir. İşıqlar da kəsilsə buradakı əhali bu soyuqda, qarda, şaxtada qalıb donacaq. Çünki bu binalarda yeganə istilik vasitəsi yalınız işıqdır. Bu dövlət qurumundan gələn işçilər işığa sayğac quraşdırmaq üçün bir neçə günlüyünə işığı kəsəcəklər. Əhali həm bu səbəbdən həmdə binaların qəzalı olduğuna görə, sayğac quraşdırılmasına kəskin etiraz edirlər. Rəhbər işçilərdən heç kim gəlməyib. Gələn səlahiyyətsiz, icraçı işıq idarəsi əməkdaşları ilə qaçqınlar arasında mübahisə və etiraz zəminində dava gedir. Burada yaşayanlar demək olar ki, üsyan edir. Hamı bu addımı pisləyir. İdarə işçilərinə qarşı aksiya keçirməkdədirlər".

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.