FED dollarla bağlı qərar verdi –Uçot dərəcəsi sabit qaldı
2-02-2017, 10:00
Fevralın 1-də Federal Ehtiyatlar Sistemi (FED) böyük maraqla gözlənilən növbəti iclasını keçirib.
Strateq.az xəbər verir ki, iclasda verilən qərara görə, uçot dərəcəsini sabit saxlanılıb. Yəni uçot dərəcəsi əvvəlki kimi, 0,5-0,75 faiz səviyyəsində qalıb.
Qeyd edək ki, bu qərarın dolların dünya bazarında məzənnəsinin sabit qalacağına zəmin yaradacağı gözlənilir.