Azərbaycanda metro və avtobusda gediş haqqı 50 faiz bahalaşır

2-02-2017, 10:02           

Yaxın günlərdə Azərbaycanda şəhərdaxili avtobuslarda və metroda gediş haqları 50 faiz artırılaraq 30 qəpiyə çatdırılacaq. Bu barə müraciətlərə Tarif (Qiymət) Şurasında baxılır və çox güman ki, yaxın günlərdə qərar elan ediləcək. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, metro və avtobuslarda vahid kart sisteminə keçildiyindən hər iki nəqliyyat növündə tariflərin eyni vaxtlarda artırılması planlaşdırılır.

2017-ci ilin dövlət büdcəsində Metropolitenin dotasiyası 22 faiz – 8 milyon manat azaldılıb. 36 milyon manatdan 28 milyon manata endirilib. Hələ büdcə müzakirləri zamanı ekspertlər dotasiyanın azalmasının qiymət artımına gətirib çıxaracağını proqnozlaşdırırdı.

2016-cı ildə Tarif Şurasının qərarı ilə əhaliyə satılan işıq, qaz və suyun tarifləri artırılıb.

İstiqlal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru