Ermənilər hədələdi, Fomenkov Bakıdan küsdü

2-02-2017, 10:05           
Ermənilər hədələdi, Fomenkov Bakıdan küsdü
Bakıdakı, Taqanroqdakı çıxışlarımdan, 31 dekabr tarixində paylaşılan videodan sonra ermənilər az qaldı məni öldürsün.

Bu sözləri rusiyalı şair və politoloq Aleksandr Fomenkov Axar.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dəfələrlə Azərbaycan xalqının yanında olmasına, həqiqətləri və rəsmi Bakının ədalətli mövqeyini müdafiə etməsinə baxmayaraq, hazırda bu təzyiqlər qarşısında onu qoruyan yoxdur:

“Bütün etdiklərimə baxmayaraq, Azərbaycan xalqı mənə öz dəstəyini göstərmədi”.

Qeyd edək ki, Aleksandr Fomenkov bu gün öz rəsmi Feysbuk səhifəsində bütün azərbaycanlılara müraciət edərək hər kəsdən üz döndərdiyini, artıq onların tərəfində olmadığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru