Zaqatalada ağır qəza: 6 nəfər yaralandı – VİDEO

3-02-2017, 01:17           
Zaqatalada ağır qəza: 6 nəfər yaralandı – VİDEO
Zaqatalada baş verən yol qəzasında biri ağır olmaqla altı nəfər xəsarət alıb.

ARB Şəki xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yevlax- Zaqatala-Gürcüstan magistral yolunun 117-ci kilometrliyində, Zaqatala rayonundan keçən hissəsində baş verib.

Rayon sakini, 63 yaşlı Durmuşov Ələsgər Hacı oğlunun idarəetdiyi “VAZ 21013” markalı avtomobil Əliyev Elmar Xudayar oğlunun idarə etdiyi Niva həmçinin, Opel markalı avtomobillə toqquşub. Nəticədə bir ailənin üç üzvü, sürücü Ələsgər Durmuşovun maşınında olan övladları 36 yaşlı Durmuşov Hacı və 35 yaşlı Durmuşov Vuqar, Faldarlı kənd sakini 36 yaşlı Cəlalov Kamandar, Qax rayonu Əmbərçay kənd sakini 40 yaşlı Hətəmova Bahar və Kürdəmir rayon sakini Xizri Ramiyə xəsarət alıblar.
[media=https://www.youtube.com/watch?v=RTcHnJw6Cpo]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru