Brent neftinin qiyməti57 dollar yaxınlaşır

3-02-2017, 10:31           

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqdadır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar və ya 0,54% artaraq 53,83 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar və ya 0,44% artaraq 56,81 dollar olub.

Neftin bahalaşdıran başlıca amil OPEC üzvü olan və kartelə daxil olmayan ölkələr tərəfindən sutkalıq hasilatın azaldılmasına dair götürdüyü öhdəlikləri yerinə yetirməsidir. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru