Cərimələri telefonla da ödəmək olacaq

3-02-2017, 10:57           

"İnnovasiyalar mərkəzi" QSC yaxın vaxtlarda "ASAN Ödəniş" ödəmə sisteminin mobil əlavəsini təqdim edəcək.

teref.az xəbər verir ki, bu barədə Trend-ə mərkəzdən məlumat verilib.

Əlavə vasitəsilə cərimələri, rüsumları, kommunal xidmətləri və digər ödəmələri həyata keçirmək olar. Bu əlavədən "e-imza", "ASAN İmza" vasitəsilə, adi qeydiyyatla və ya qeydiyyatsız istifadə etmək olar.

Əlavədə qeydiyyatdan keçmiş istifadəçilər üçün "şəxsi kabinet", müxtəlif ödəmələr barədə şikayət göndərmək imkanı, "108" çağrı mərkəzi ilə birbaşa əlaqə və digər funksiyalar olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru