Masallıda evə basqın olub, ev sahibi bıçaqlanıb

3-02-2017, 22:25           
Masallıda evə basqın olub, ev sahibi bıçaqlanıb
Masallı rayonunda evə basqın olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb. Kənd sakini Nazim Mirzəcan oğlu Məmmədova məxsus evə axşam saatlarında oğrular daxil olaraq oradan bir ədəd noutbuk və başqa bir neçə qiymətli əşya oğurlayıblar.

Səs-küyə oyanan ev sahibi müdaxilə etmək istəyəndə oğrular ona bıçaqla xəsarət yetiriblər.

Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə oğurluqda şübhəli bilinən rayon sakinləri Ramil Əfsər oğlu Əsədov və Vüsal Baləsər oğlu Şükürov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru