Nizami kinoteatrından oğurlanmış üzüklə bağlı - Açıqlama

4-02-2017, 12:57           
Nizami kinoteatrından oğurlanmış üzüklə bağlı - Açıqlama
Nizami Kino Mərkəzi bir neçə gün əvvəl kinoteatrda baş verən oğurluq hadisəsi ilə bağlı açıqlama verib.

Kinoteatrın mətbuat xidmətinin rəhbəri Arzu Əhədova “Qafqazinfo”ya bildirib ki, itən üzüyün qiyməti ilə bağlı mediada yanlış məlumat yayılıb. Belə ki, qadın yazdığı şikayət ərizəsində üzüyün qiymətinin 950 manat olduğunu qeyd edib:

“Hadisə fevralın 1-də baş verib. Nizami Kino Mərkəzi ictimai müəssisədir. Məsuliyyət daşımırıq, ancaq bacardığımız qədər köməklik göstərdik. Xanım əlini yumaq üçün sanitar qovşağına gedib, üzüyü çıxarıb, əlini yuyub. Daha sonra filmə baxmaq üçün zala daxil olublar, 1 saatdan sonra üzüyün barmağında olmadığının fərqinə varıb. Sözsüz ki, 1 saat ərzində ora xeyli adam girib. Kameraları heç kəsə göstərmirik, ancaq çalışdıq ki, məsələyə aydınlıq gətirək.

Həmçinin, bizə maraqlı idi ki, əməkdaşlarımız ora gedib, ya yox.

Aydın oldu ki, bizim işçilərimiz həmin ərazidə olmayıb, ancaq tamaşaçılar sözügedən məkana gedib. Tapan şəxs bizim əməkdaşlara təqdim etsəydi, sahibinə verərdik. Polis əməkdaşları cəlb olundu, nişanlı cütlük ərizə yazanda qeyd etdilər ki, itən üzüyün qiyməti 950 manatdır. Media yazıb ki, üzüyün qiyməti 9 min AZN-dir. Bu, yanlış məlumatdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.