Alimentlər dərhal alınacaq - Prezident sərəncam imzaladı

4-02-2017, 13:12           
Alimentlər dərhal alınacaq - Prezident sərəncam imzaladı
Azərbaycanda bundan sonra alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra olunacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 3 fevral 2017-ci il tarixli sərəncamı ilə qüvvəyə minmiş “ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Mülki Prosessual Məcəlləyə əsasən indiyə qədər bütün qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilməli idi. Dəyişikliyə əsasən bundan sonra şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunmalıdır. Bu hallar istisna ilə, digər qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru