MTN-nin həbsdəki generalının qohumları təkzib edir-SÜBAHİR QURBANOVUN KOMMUNAL BORCU YOXDUR

6-02-2017, 00:16           
MTN-nin həbsdəki generalının qohumları təkzib edir-SÜBAHİR QURBANOVUN KOMMUNAL BORCU YOXDUR
Bir neçə gün əvvəl Gununsesi.info “Eldar Mahmudov və generalları kommunal xərclərdən azad imiş- SAYĞACSIZ VİLLALARIN AĞLASIĞMAZ BORCLARI” başlıqlı xəbər yayıb. Qeyd edək ki, həmin xəbərdə MTN-nin rəhbərliyinə daxil olan nazir və onun bir neçə generalının özlərinə məxsus bağ evlərində, villalarında “Azərişıq”, “Azəriqaz” və “Azərsu”-ya pul ödəmədikləri və adıçəkilən kommunal təşkilatlarına ağlasığmaz borclarının olmasından bəhs edilir. Xəbərdə o da qeyd olunur ki, MTN vəzifəliləri adıçəkilən qurumların onlara məxsus əmlaklarda sayğac qurmasına belə izn verməyib.
Həmin xəbərdə MTN-nin transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun da adı çəkilir.
Adıçəkilən generalın qohumlarından olan Sakit Həmidov redaksiyamıza müraciət edərək, Sübahir Qurbanovun dövlətin kommunal təşkilatlarına hər hansı borcu olmadığını deyib. Onun sözlərinə görə, Gununsesi.info-da bu barədə xəbərin yayılmasından sonra genera və ailə üzvlərinə məxsus mənzillərdə araşdırma aparıb və yazılanlar təsdiqlənməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru