Evə oğurluğa girdi, pəncərədə ilişib qaldı
7-02-2017, 09:01
Böyük Britaniyada bir oğru qarət etdiyi evin pəncərəsinə ilişib qalıb. Bu barədə “BBC News” xəbər verir. İnsident Böyük Mançester qraflığındakı Redkliff şəhərində baş verib.
Mağazadan qayıdan yaşlı qadın fərq edib ki, onun ikinci mərtəbədə yerləşən mənzilindəki ayaqyolunun pəncərəsi açıqdır və ordan tanımadığı bir kişi sallanır. Hadisə yerinə çağırılan polislər görüblər ki, hündürlüyü 4.5 metr olan balkondan köməksiz bir oğru sallanır: “Biz xeyli güldük. Amma evin sahibəsi bu olay qarşısında şok olmuşdu”. Bunu jurnalistlərə açıqlamasında serjant Riçard Qarlend bildirib.
Yanğınsöndürənlərə kişini pəncərədən düşürüb, asayiş keşikçilərinə təhvil vermək üçün 20 dəqiqə bəs edib. Yerə düşəndə 47 yaşlı Şon Kroşou etiraf edib ki, sözügedən mənzilə qarət məqsədilə daxil olmuşdu. Məhkəmə onu 2 il 5 ay müddətinə həbs cəzasına məhkum edib. Hadisə Rekliff polisinin rəsmi tvitter səhifəsində sözügedən fotonu paylaşmasından sonra mətbuatda geniş səs-küy yaradıb.