Dərman qıtlığı ilə bağlı Səhiyyə Nazirliyindən rəsmi açıqlama: - "Biz ölkəyə dərman gətirmirik ki...."

7-02-2017, 13:20           
Dərman qıtlığı ilə bağlı Səhiyyə Nazirliyindən rəsmi açıqlama: - "Biz ölkəyə dərman gətirmirik ki...."
Paytaxt aptektlərində Rusiya və Avropa istehsalı olan dərman preparatalarının qıtlığı ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova AzNews.az-a bildirib ki, ölkəyə gətirilən dərman preparatlarına Nazirlik cavabdeh deyil:

"Ölkəyə dərmanları biznesmenlər gətirir. Ona görə də bu məsələyə İqtisadi İnkişaf Nazirliyi cavab verməlidir."

Xatırladaq ki, bu gün millət vəkili Fazil Mustafa apteklərdə xarici istehsal, xüsusilə Rusiya və Avropa istehsalı olan dərman preparatlarının tapılmadığını, aptek satıcılarının bu məsələylə bağlı "fəryad" etdiyini yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru