Erməni ordusu itki verdi: - Ölən və yaralanan var

8-02-2017, 20:10           
Erməni ordusu itki verdi: - Ölən və yaralanan var
Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun daha bir əsgəri ölüb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, 1979-ci il təvəllüdlü Qeham Henrixoviç Manukyan tərəflər arasında baş verən atışma zamanı həyatını itirib.

Atışma zamanı daha bir erməni əsgəri 19 Koryun Kamo Kirakosyan yaralanıb. Başından ağır yaralanan erməni əsgər işağl altında olan Ağdərə xəstəxanasına aparılıb. Hazırda o, əməliyyat olunur. Əsgərin vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin bu gün açıqladığı rəsmi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və 122 millimetrlik haubitsalardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru