Bakıda bəy-gəlini müşayiət edən maşın aşdı: xəsarət alan var - VİDEO

8-02-2017, 21:46           
Bakıda bəy-gəlini müşayiət edən maşın aşdı: xəsarət alan var - VİDEO

Bakıda bəy-gəlin maşınını müşayiət edən avtomobil aşıb. "Report"un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Ziya Bünyadov prospektində 6 avtomobildən ibarət kortej gəlin gətirməyə gedib. Kortejdəki "Hyundai" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək tuneldə eyni vaxtda 5 avtomobili ötmək istəyib.

Nəticədə "Hyundai" beton yolayrıcına çırpılaraq aşıb. Aşan avtomobilin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Prospektin əsas tunelində tıxac yaranıb. Yoldan keçən avtomobil sürücülərinin köməkliyi ilə "Hyundai" yol kənarına çəkilib.
Toy karteji yoluna davam edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru