Parisdə metroda partlayış:8 nəfər yaralanıb

9-02-2017, 09:48           

Fransanın paytaxtı Parisdə metroda güclü partlayış baş verib.

Insident paytaxtın İtaliya meydanı yaxınlığında qeydə alınıb.

Partlayış nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Polis təşvişə düşən sərnişinləri stansiyadan təxliyə edib.

Partlayışın qısa qapanma nəticəsində baş verdiyi bildirilir. Terror aktı versiyası nəzərdən keçirilmir. (APA)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.