Postda əsgər Köçəryana çəkmələrini təmizlədib, çirkli qabları yudurdub…..
9-02-2017, 13:09
Bu il yanvarın 25-də təmas xəttindəki postlardan birində özünü güllələyən erməni əsgəri Şavarş Köçəryanın ölümünə görə onun xidmət yoldaşlarından biri barəsində cinayət işi qaldırılıb. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan İstintaq Komitəsi bildirir. Məlumata görə həmin hərbçi “intihara sövq etməkdə” və hərbi nizamnaməni pozmaqda ittiham olunur. Komitənin məlumatına görə həmin hərbçi əsgər Köçəryanı müntəzəm olaraq incidib, özünü üstün sayaraq dəfələrlə onu aşağılayıb. Postda əsgər Köçəryana kofe, çay dəmlədib, çəkmələrini təmizlədib, çirkli qabları yudurdub, bundan əlavə müntəzəm olaraq onu söyüb, ləyaqətini alçaldıb. Nəticədə əsgər Köçəryan postda ona təhkim olunmuş avtomatla özünə atəş açaraq intihar edib.