Daxili İşlər Nazirliyi (DİN) bloger Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

9-02-2017, 13:28           

İslamazeri.az xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.
Xüsusi ittiham qaydasında şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır. Məhkəmə hazırlıq iclası sabah saat 10:00-a təyin olunub. Sadıqov bildirib ki, xüsusi ittiham qaydasında şikayət ona verilmədiyi üçün Mehman Hüseynovun vəkili olaraq məhkəmə iclasını təxirə saldıracaq.
Xatırladaq ki, DİN Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluq qarşısında vəsatət də qaldırıb.


DİN bloger Mehman Hüseynovu məhkəməyə verib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru